Əmanətlərimizlə “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil etdik.

Əmanətlərimizlə “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil etdik.

Həftəsonu məktəbli əmanətlərimizin istirahət günlərindən faydalanaraq dünyanın ilk tanker-muzeyi olan “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil etdik. Muzeydə uşaqlar keçmiş dənizçilik ənənələri, gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi haqqında ətraflı məlumat topladılar, qədim eksponatlarla yaxından tanış oldular.

 Muzey rəhbərliyinə əmanətlərimizin dünyagörüşünün artmasında göstərdiyi dəstək və faydalı ekskursiya üçün təşəkkür edirik.