Əmanətlərimizlə könül bağı qurmaq, ünsiyyət edərək onları yaxından tanımaq, birlikdə sevgi qədər dəyərli gün yaşamaq bizim əsas qayəmizdir.
Belə ki, müxtəlif mədəni-maarif görüşləri bizə imkan verir ki, əmanətlərimizlə birlikdə xoş saatlar yaşayaraq həm öyrənək həm də ruhumuzu yeniləyək.
Bu həftə də “Rafadan tayfa” cizgi filmini izləmək üçün toplaşdıq. Doğma təbəssümlər, könüllü gənclərimizin qəlblərinə nur oldu.
Yaratdığı şəraitə görə CinemaPlusa təşəkkür edirik!
Onların gülüşləri dünyanı ağuşuna alsın!