Əmanətlərimizlə birgə “Nizami Gəncəvi adına Ədəbiyyat muzeyi” nə səfər etdik.

Əmanətlərimizlə birgə “Nizami Gəncəvi adına Ədəbiyyat muzeyi” nə səfər etdik.

Əmanətlərimizlə birlikdə “Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyi”nə çox maraqlı va yaddaqalan bir ekskursiya etdik. Muzeyin daxilində Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətləri, onların yaradıcılığı və ədəbi irsi haqqında geniş məlumatlar əldə etdik.
Səyahətimiz ən qədim dövrlərdən -türklərin daş kitabalərindən başlayaraq klassik ədəbiyyat mərhələsinə, oradan da müasir dövr yazarlarına qədər uzandı. Repressiya qurbanı olmuş ədiblərin taleyi, əsərləri və ədəbiyyat tariximizdəki izləri uşaqlarda böyük maraq oyatdı.
Bu ziyarət həm maarifləndirici, həm də ilhamverici oldu.Keçmişdən bu günə uzanan ədəbi yolumuzu daha yaxından tanımaq usaqlar üçün çox dəyərli bir təcrübəyə çevrildi.