Əmanətlərimiz ilə iftar proqramlarımız davam edir

Əmanətlərimiz ilə iftar proqramlarımız davam edir

Ramazan nə gözəl dost

 Ramazan dostumuzun öyrətdiyi paylaşmaq, sevindirmək, birlik olmaq kimi mənəvi dəyərləri gültək qoxan balalarımız-əmanətlərimizlə yaşamaqdayıq.

Sevgi və şövqümüzü, diqqət və qayğımızla bütünləşdirərək mübarək ayın istisini əmanət ailələrimizlə birgə iftar süfrəsində duyuruq. Bir-birindən maraqlı iftar proqramlarımızda yaşadığımız xoşbəxtlik və həyəcan oxu ayının sevgisi ilə sonsuz dəyər qazanır.

 Qeyd etmək istərik ki, ötən günkü iftar süfrəmizə KOBİA-nın İdarə Heyətinin sədr müavini hörmətli Hikmət Məmmədov da qatılaraq əmanətlərimizi ziyarət etdi, onlara öz xoş arzu və dualarını çatdırdı. Hikmət bəyə iftar süfrəmizin qonağı olduğu üçün xüsusi təşəkkür edirik!

Yardımlaşmağı və özümüzdən əvvəl başqalarını düşünməyi ən gözəl şəkildə öyrədən Ramazan ayında bərəkət dolu iftar proqramlarımıza faydalı olmaq, xeyirdən pay götürmək istəyən hər bir xeyirsevər qoşula bilər.

Gəlin birlikdə sevginin rənginə boyanaq