Hər sevincimizi sizinlə bölüşən “Cığır” ailəsi olaraq ümidimizi də paylaşmaq istəyirik.
Bu ümid əmanətimiz -18 yaşlı Qəhrəmanov Tuqay və onun hekayəsidir.
Tuqay ürək yetməzliyi xəstəliyindən əziyyət çəkirdi və aylar öncə ona dəstək məqsədilə ianə kampaniyası başlatmışdıq.
Xeyirsevərlərin yardımı ilə gərəkli məbləğ tamamlandı və bu gün artıq o, əməliyyat olunmaq üçün Belarusiyaya yola düşdü. Tuqayla getməzdən 3 gün öncə görüşüb, onu dua və sevgimizlə sarıb-sarmalamaq istədik. Əmanətimizə ən gözəl stimul verib hər şeyin yaxşı olacağına ümid etməsini dilə gətirdik. Hiss etdik ki, Tuqay, həqiqətən də, sağalacağına böyük inam bəsləyir və o, çox cəsarətlidir.
Gedərkən də ümid dolu gündə könüllülərimiz əmanətimizi yalnız buraxmadı, sevgi və dua ilə Tuqayı yola saldılar.
Gəlin birlikdə dualara sarılaq.