“Elm Ümmandır“ təhsil təqaüdü proqramının qızlar üçün olan son seçim mərhələsi yekunlaşıb.
Birliyimizin həyata keçirdiyi “Elm Ümmandır” təhsil təqaüdü proqramı çərçivəsində abituriyent qızlar üçün nəzərdə tutulan “Mənim Məqsədim” layihəsi uğurla baş tutub.
“Elm Ümmandır” TTP-ı Bakı və regionlarda yaşayan, valideynlərindən birini və ya hər ikisini itirmiş abituriyentlərin ali təhsil hazırlığına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində abituriyentlərin hazırlıq xərcləri qarşılanır və təhsilə əlçatanlıqları təmin edilir.
Proqramın sonuncu seçim mərhələsi olan “Mənim Məqsədim” layihəsi çərçivəsində abituriyentlərlə 3 günlük interaktiv görüşlər təşkil olunub. Bu müddətdə iştirakçılar Birliyin fəaliyyəti ilə yaxından tanış olub, təşkil edilən master-klass və təlimlərdə iştirak ediblər. Layihənin əsas hədəfi gənclərdə doğru və sağlam gələcək hədəfləri formalaşdırmaq, onlara məsuliyyət hissi aşılamaqdır.
Təhsil təqaüdü proqramına dəstək olan, gənclərin inkişafına töhfə verən bütün xeyriyyəçi və himayəçilərimizə təşəkkürümüzü bildiririk.





















