“Elm ümmandır” təhsil təqaüdü proqramı çərçivəsində məlumatlandırıcı seminar keçirildi.

“Elm ümmandır” təhsil təqaüdü proqramı çərçivəsində məlumatlandırıcı seminar keçirildi.

“Elm ümmandır” təhsil təqaüdü proqramı çərçivəsində məlumatlandırıcı seminar keçirildi.

Birliyimizin daxilində fəaliyyət göstərən “Elm ümmandır” təhsil təqaüdü proqramı çərçivəsində, 2026–2027-ci tədris ili üzrə seçim prosesindən əvvəl ailələrimiz və abituriyentlərimiz üçün məlumatlandırıcı seminar təşkil olundu.

Birliyimizin rəhbər heyətinin də iştirak etdiyi görüşdə, ailələrə proqramın məqsəd və vəzifələri, həmçinin qarşıdakı seçim mərhələləri haqqında ətraflı məlumat verildi, onları maraqlandıran suallar cavablandırıldı.

Qeyd edək ki, “Elm ümmandır” təhsil təqaüdü proqramı artıq neçə ildir ki, ata himayəsindən məhrum olmuş abituriyentlərin ali təhsil almaları məqsədilə maddi və mənəvi dəstək göstərir. Bu xeyirli və məsuliyyətli prosesdə daim yanımızda olan, gənclərimizin gələcəyinə işıq tutan bütün xeyriyyəçi və himayəçilərimizə dərin təşəkkürümüzü bildiririk.