“Cığır”da ənənəvi “sevgi toru” bu dəfə 3 günlük düşərgədən qayıdan tələbələr arasında quruldu. “Nəsimi işığında xəzinə axtarışı” adlı kitab düşərgəsi zamanı müxtəlif ali məktəblərin tələbələri “Cığır”ın Qəbələdəki əmanətləri ilə görüşüb, onlarla birlikdə kitab mütaliələri keçirib, onlara kitab hədiyyə edib, dünyaya işıq olmağa çalışdılar. Düşərgədən əvvəl və sonra tələbələr ruhlarını və dualarını sevgi toruna toxudular.