“Diriliş” teatr truppası “Oyan” adlı tamaşası ilə ilk çıxışını etdi.

“Diriliş” teatr truppası “Oyan” adlı tamaşası ilə ilk çıxışını etdi.

“Cığır” MDİD İB nəzdində “Salam yurdu” təlim-tədris mərkəzində fəaliyyət göstərən “Diriliş” teatr truppası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Oyan” adlı tamaşası ilə ilk çıxışını etdi. Xeyriyyəçi əmanətlərdən ibarət “Gənc Cığır” qızlar və “Üfüqə doğru” oğlanlar komandasının birlikdə ərsəyə gətirdiyi, unudulmaz klassikimiz olan Hüseyn Cavidin “İblis” əsərinin motivləri əsasında hazırlanmış tamaşa cəmiyyətdə insanların İblisi özlərindən kənar axtarma cəhdlərinin tənqidinə yönəlmişdi.
“İblis nədir?- cümlə xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir?- İblis!”