“Cığır” MDİD İB-nin sədri Nüşabə Hüseynova və idarə heyətinin üzvü c.ü.f.d Sevinc Məmiyeva tərəfindən hər həftə mütəmadi olaraq Bakı və rayonlarda Birliyin qeydiyyatında olan tənha analarla onların maariflənməsi, mənəvi cəhətdən zənginləşməsi və öz potensiallarını kəşf etməsi məqsədilə “Zoom” onlayn tətbiqi üzərindən görüşlər keçirilir.
Hər birimizə məlumdur ki, qadın cəmiyyətin rifahında və doğru şəkildə yetişməsində ən müstəsna rola malikdir. Qadın ana olmaqla bərabar, eyni zamanda cəmiyyətin əsas dayaqlarından biridir. Qadının maariflənməsi hər şeydən əvvəl xalqın tərəqqisidir.
Cəmiyyətimizi dirildəcək anaları və əmanətləri görmək ümidimizdir.