Hər birimizə məlumdur ki, qadın cəmiyyətin rifahında və doğru şəkildə yetişməsində ən müstəsna rola malikdir. Qadın ana olmaqla bərabər, eyni zamanda cəmiyyətin əsas dayaqlarından biridir.
16 fevral Bakı və digər rayonlardan birliyin rəhbər heyəti qeydiyyatımızda olan analarla görüş keçirdi. “Dirçəldərək dirçələcəyik” şüarı altında həssas qrup nümayəndəsi xanımlarımızın aktiv sosial fəaliyyətə yönəlməsi üçün hansı işlərin görüləcəyi barədə danışıldı. Həftədə bir dəfə və davamlı olmaqla birliyin rəhbər heyəti ilə anaların görüşü planlaşdırılır. Analar qolunun təkmilləşməsi istiqamətində görüləcək işlər barəsində müzakirələr aparıldı.
Cəmiyyətimizi dirildəcək anaları və əmanətləri görmək ümidimizdir.