“Cığır”la Bakının hər tərəfinə “Kitab ətri” yayılıb.

“Cığır”la Bakının hər tərəfinə “Kitab ətri” yayılıb.

Üç aydır ki,”Cığır”ın “Kitab ətri” layihəsi davam edir… Bakının hər tərəfinə kitab ətri yayılıb. Bu gün “Cığır” Sabunçu ərazisində yaşayan əmanətləri ilə birgə bu gözəl ətrin sədasına “Sabunçu Mərkəzləşdirilmiş kitabxanası”nda toplaşmışdı.
Çox səmimi və gülərüz əməkdaşları ilə seçilən kitabxanada dairəvi masa arxasında uşaqlarla onların oxuduqları kitablar haqqında fikir mubadilələri keçirildi, balaca dostlarımız aldıqları elmi bilgilərini və mənəvi təəssüratlarını paylaşdılar. Həmçinin duyğu və hisslərini bölüşdülər.
“Cığır” Azərbaycanda 2018-ci ilin “Cümhuriyyət ili” elan edildiyinə görə silsilə tədbir və debatlar şəklində uşaqlarla hər tədbirdə geniş müzakirələr keçirir. Bu günki görüşümüzdə də istisna olmadı. Uşaqlara o illərdə yaranan Teatr və Mədəniyyət haqqında məlumatlar verildi, müzakirələr keçirildi.
Hər uşaq oxuduğu kitabdan təəssüratlarını bizimlə bölüşdu.
Birlikdə şəkil çəkdirdik, şirniyyatla çay süfrəsində şirin söhbət etdik və növbəti ayda görüşmək duası ilə bu dəfəki görüşümüzü başa çatdırdıq.

Leave a Reply