Bugün Xırdalan və Yasamal rayonları üzrə əmanətlərimizlə görüş oldu.
Bir-birinə get-gedə daha da isinişmələri,doğmalaşmaları ən böyük sevincdi.
Oynadıqları oyunlar,səmimi söhbətlər,sevdikləri tort ilə çay süfrəsi ətrafında gülən çöhrələri bir dünyaya dəyər!
Hələ qızlarımızın milli mətbəximizdən hansısa bir təamı öyrənmələri onları çox xoşbəxt edir.
Sevməyi öyrədir Cığır!
Onlara tək olmadıqları güvənini verir!