“Cığır”da Ramazan Bayramı-2024

“Cığır”da Ramazan Bayramı-2024

Sevginin, duanın, mərhəmətin işığına cəm edən Müqəddəs Ramazan bayramında “Cığır” MDİD İB ailəsi olaraq Bakı və bölgələrdə ailələrimiz sizin bol-bol dua ilə etdiyiniz ianələrinizlə “Mülk” sosial sahibkarlıq mağazamız tərəfindən özən və sevgi ilə hazırlanan Ramazan fitrə boğçası ilə şad edildi, Zaqatala, Balakən, Qax və Astarada yaşayan əmanət ailələr ilə tədbir keçirdik.

Öz işini sevgi ilə icra etməyə çalışan birliyin dəyərli könüllü komandası uşaqların rəngarəng dünyasına qapı açaraq onlarla aparılan müzakirələr, söhbətlər, edilən dualar, müxtəlif oyunlarla baş tutan əyləncələrlə bayram tədbirini dahada unudulmaz olmasına səbəb oldular.

Əmanətlərimizə hədiyyə bağlamaları çatdırıldı. “Ən gözəl libas analarımıza yaraşır” şüarı altında əmanət analarımıza gözəl libas hədiyyə edildi. Əmanətimizin evində qonaqlayan könüllülər təəssüratlarını bölüşdülər və faydalı olmağın insanı dəyərli etməsi qənaətinə vardılar.

Bayram uşaqların gülüşündə gizlidir. Dostluq, mərhəmət, yardımlaşmaq, şükranlığın təzahür olunduğu Ramazan bayramında gül balaların çöhrəsində təbəssüm yaratmaq üçün çalışan bütün dəyərli xeyirsevərlərimizə, Ramazana özəl analarla motivasiyaedici, maarifləndirici söhbət və “Oxu yoldur” kitabını analara təqdim etdiyi üçün Yeganə Mirzəyeva ya təşəkkürümüzü bildiririk.

Uşaqların sülhün bərqərar olduğu dünyada yaşaması və xoşbəxt bayramlar ümidi ilə.