“Cığır”da Ramazan-2024 hesabatı

“Cığır”da Ramazan-2024 hesabatı

Ramazan ayında bütün layihələrlə birlikdə həyacanla, sevgi ilə hazırlanan Ramazan proqramlarında cəm olurduq.

Hər bir proqrama özəl oyunlar, müzakirələr, müəllimlər və könüllü komandamız tərəfindən iftardan öncə şükür, təşəkkür, xeyirxahlıq mövzusunda ibrətlik söhbətlər aparıldı. İftar süfrələri xeyirsevər bir ovuc qadının sevgiylə, şövqlə hazırladığı ləziz dolmalarla rəngləndi. Bu dolmalardan əldə olunan gəlir əmanətlərimizə ayaqqabı sevincini yaşatdı. İftar proqramında gül balalarımıza Ramazan sovqatı verildi.

Ramazan bayramını Zaqatala, Qax, Balakən, Astarada yaşayan əmanətlərimizlə birlikdə keçirdik. “Ən gözəl libas analarımıza yaraşır” şüarı altında analarımıza gözəl libaslar hədiyyə edildi. Ailələrimizə müsəlman bacı və qardaşlarımızın ianəsi ilə fitrə boxçası təqdim edildi. Əmanətimizin evində qonaqlayan könüllülər təəssüratlarını bölüşdülər və faydalı olmağın insanı dəyərli etməsi, xoşbəxt olanların xoşbəxt edənlər olduğu qənaətinə gəldilər.

Analarla motivasiyaedici, maarifləndirici söhbətlər apardığı və bu ramazana özəl “Oxu yoldur” kitabını onlara təqdim etdiyi üçün Yeganə Mirzəyeva ya təşəkkür edirik.