“Cığır”MDİD İB Xızıda keçirilən yay festivalında iştirak etdi

“Cığır”MDİD İB Xızıda keçirilən yay festivalında iştirak etdi

Xızıda təşkil olunmuş yay festivalında “Cığır” İB olaraq sosial sahibkarlıq layihələrimiz ilə iştirak etdik. Festivalda birlik olaraq könüllü heyətimizin birgə fəaliyyəti ilə ərsəyə gələn layihələrimizin məhsulları iştirakçılara təqdim edildi.

Festivalda könüllülərimizin böyük şövqlə hazırladığı “Amber soap” əl işi sabunları dul analarımızın göz nuru “Maidə Tekstil”, “Oxu” layihəsi çərçivəsində çap edilən, layihəmizin təəsüratlarını özündə ehtiva etdirən “Mütaliə terapiyadır” kitabı da festival iştirakçılarının diqqət mərkəzində oldu. Həmçinin festival müddətində festival iştirakçılarını birliyimizin fəaliyyət istiqamətləri və əsas məqsədi ilə də tanış etmək fürsəti qazandıq.