“Cığır” MDİD İB tələbə adını qazanmış əmanətləri ilə görüş keçirdi

“Cığır” MDİD İB tələbə adını qazanmış əmanətləri ilə görüş keçirdi

“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin Azərbaycanda kənd təsərrüfatı sahəsində ilk xanım sahibkar, “Agro Mix” şirkətinin təsisçisi, aqrar ekspert Gülpəri Bayramovanın təşəbbüsü ilə “Təhsilinə dəstək gözləyən əmanətlərin ümidi biz olaq” devizi ilə yola çıxdığı, 10-11-ci sinif ata himayəsindən məhrum abituriyentlərin universitetə hazırlıq məşğələlərini qarşılayan layihəsinin tələbə adını qazanmış əmanətləri ilə görüşü keçirildi.

Abşeron JW Marriott otelinin konfrans zalında baş tutan tədbirdə KOBSKA-nın sədri Nigar Ələsgərova, TÜİB rəhbəri məsləhətçisi Ragib Sari, gənc sahibkar Rəşid Cəfərov ictimaiyyət nümayəndələri, sahibkarlar, digər qonaqlar tələbələri təbrik edərək onlara təhsil həyatında uğurlar dilədilər, hədiyyələr təqdim edərək əmanət tələbələri öz çıxışları ilə ilhamlandırdılar. 

“Cığır” birliyinin sədri Yeganə Mirzəyeva, icraçı direktor Nüşabə Hüseynova, eyni zamanda Təhsil qolunun layihə rəhbərləri Azərbaycan Dillər Universitetinin müəllimi Günel Ələkbərova, Bakı Dövlət Universitetinin müəllimi Gülnar Rüstəmova, Qafqaz Universitetinin magistri Günel Abdulmǝcid tələbə adını qazanmış gənclərin həyatında təhsil təqaüdü layihəsinin önəmini vurğulayaraq tələbələri təbrik etdilər, onları aktiv könüllü fəaliyyətə təşviq etdilər.

Tədbirdə gənc sahibkar Gülpəri xanımla birliyin həssas qrup nümayəndələri xanımlar və gəncləri ilə gələcəkdə sosial sahibkarlıq sahəsində görülə biləcək işlər və dəstək barəsində müzakirələr aparıldı. Tədbir eko çanta üzərində tələbələrin çəkdikləri rəsmlər əsasında keçirilən master-klasla davam etdi və birlik adından hədiyyə olunaraq xatirə şəkilləri çəkildi.

Bu anları yaşadığımız üçün çox xoşbəxtik. Tələbə adını mübarək, dəyərlilərimiz