“Cığır” MDİD İB “Qutabdan-kitaba” adlı sosial layihəsini həyata keçirdi

“Cığır” MDİD İB “Qutabdan-kitaba” adlı sosial layihəsini həyata keçirdi

“Sosial sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğatı üzrə təşəbbüslər” layihəsi çərçivəsində yeni bir sosial sahibkarlıq layihəsinə start verdik. Sosial bazar istiqamətində başlanan bu layihə Bakının müxtəlif bölgələrinin məhəllələrində “Qutabdan-kitaba” adı altında keçiriləcək.

Layihəmizin məqsədi atası dünyasını dəyişmiş uşaqların və həssas qrup nümayəndələrinin təhsil təqaüdünə dəstək olmaqdır. Eyni zamanda layihənin icraçısı da dul analardır ki, onlar da layihə çərçivəsində iş məşğulluğu ilə təmin olunacaqlar. Layihədə 30 nəfərə yaxın həssas qrup nümayəndəsi olan xanımlar iştirak edir.

“Cığır” İB nin investor olduğu və mənəvi dəstək göstərdiyi həssas qrup nümayəndəsi olan xanımlar öz sosial sahibkarlıq layihələri ilə sosial bazarda çıxış etdilər.

“Qutabdan-kitaba” sosial sahibkarlıq layihəsi əhali arasında çox bəyənildi və sözügedən layihənin hər ay mütəmadi şəkildə keçirilməsi üçün müraciətlər edildi və təşəbbüslər göstərildi.

Yasamal ray., Məhəmməd Xiyabani., 33 rəhbərliyinə və “Simurq” İnşaata tədbirin keçirilməsinə dəstək olduqları üçün təşəkkür edirik.