“Cığır” MDİD İB olaraq Növbəti Qrant Qalibi Olduq.

“Cığır” MDİD İB olaraq Növbəti Qrant Qalibi Olduq.

“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyi olaraq cəmiyyətin mənəvi dəyərlərinin dirçəlməsində, fərdlərin sosial problemlərin həllində iştirakçılıq nümayiş etdirməyə təşviqdə, sağlam cəmiyyətin formalaşmasında və maarif yolunda 100-lərlə könüllülərimizlə çıxdığımız yolda, hər kəsin bu cığırda izi olsun ideyası ilə, sosial layihələrimizin davamlılığı naminə sosial sahibkarlıq istiqamətində əhəmiyyətli işlər görməyə cəhd etdik və bu sahədə növbəti layihəmiz olan “Sosial sahibkarlıq təşəbbüsləri” layihəmizin AR QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən dəyərləndirilərək maliyyələşdirilməsi Dövlətimizin ali sosial missiyaya, cəmiyyətin dirçəlməsinə verdiyi əhəmiyyətin bariz göstərici olduğuna şahid olduq.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinə göstərdiyi dəstək üçün təşəkkür edir, etimad göstərilən istiqamətdə cəmiyyətimizə, millətimizə, dövlətimizə müsbət sosial töhfə verəcəyimizə inanır, daha böyük məqsədlər ətrafında əməkdaşlıq edəcəyimizə ümid edirik!