“Cığır” MDİD İB olaraq KOBfest satış-sərgi yarmarkasında yaxından iştirak etdik

“Cığır” MDİD İB olaraq KOBfest satış-sərgi yarmarkasında yaxından iştirak etdik

Sosial sahibkarlıq layihələrimizlə bu dəfə 14-15 oktyabr tarixlərində paytaxtın göz oxşayan Park Bulvarında smb.gov.az tərəfindən keçirilən ilin son KOBfest satış-sərgi yarmarkasında yaxından iştirak etdik.

Tanınmış simaların maraqlı söhbətlərinin yer aldığı, dünyanın dörd bir yanından turistlərin axın etdiyi, Əyləncəli-milli şouların nümayiş olunduğu bu tədbirdə birliyimizin könüllü gəncləri tərəfindən hazırlanmış rəngli, əsrarəngiz “Amber soap” sabunları, işini sevgi ilə icra edən dul analarımızın ərsəyə gətirdiyi “Maidə tekstil” əl işləri, könüllü heyətinin hazırladığı ecazkar “RəngAhǝng” vitrajları, eləcə də “Mülk” ilk sosial sahibkarlıq mağazasının məhsulları sərgiləndi.

Yarmarkada KOBİA rəsmi nümayəndələri stendlərimizə yaxınlaşaraq sərgilənən məhsullarla yaxından tanış oldular.

Stendimizə yaxınlaşan alıcıların maraq və diqqətini cəlb edən detallardan biri də yeni başlatdığımız könüllü xanımlarımızın əl əməyi, göz nuru ilə bişirdikləri isti qutablar idi. “Qutabdan kitaba” sosial bazar adlanan bu layihəmiz 2 gün boyunca festivala xüsusi rəng qatdı.

Paytaxt sakinləri və qonaqlarımızın birliyimiz haqqında yaranmış xoş və əvəzsiz təəssüratları bizim üçün olduqca sevindirici hal idi.

KOBfest satış-sərgi yarmarkasında birliyimizə göstərilən səmimi münasibət və qayğı üçün, eyni zamanda iştirakımıza yaradılan şərait üçün tədbir təşkilatçılarına təşəkkür edirik.