“Cığır” MDİD İB “Kənddən şəhərə” layihəsində iştirak etdi.

“Cığır” MDİD İB “Kənddən şəhərə” layihəsində iştirak etdi.

“Cığır” MDİD İB Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən Şəhərə” layihəsində “Mülk” xeyriyyə mağazamızın məhsulları, dul anaların hazıladığı qışlıq tədarük məhsullar və “Amber Soap” təbii sabun markamızın məhsulları ilə iştirak etdi. Birliyimizin üzvləri tərəfindən hazırlanmış və təqdim edilən şirniyyatlar, yerindəcə sacda bişirilən isti qutablar alıcılar tərəfindən böyük maraqla qarşılandı. Əldə olunan gəlirin “Cığır” fondu vasitəsi ilə əmanətlərimizin qış ehtiyaclarına sərf olunması nəzərdə tutulur. Qeyd edək ki, “Cığır” İB növbəti həftəsonu yarmarkasında da iştirak edəcək.