“Cığır” ilə Ramazan-2024

“Cığır” ilə Ramazan-2024

Ramazan ayı gəlişi ilə “Cığır” ailəmizdə yenidən şövq və həyəcan yaratdı.

İctimai Birlik olaraq bu il də mübarək ayı ata himayəsindən məhrum əmanət balalarımızla keçirməyə niyyətləndik.

Ramazan proqramımıza əsasən hər gün əmanət ailələrlə iftar süfrəsində cəm olur, uşaqlarla intellektual oyunlar oynayır, əyləncəli master-klaslar keçirir, müqəddəs ayı təfəkkür edirik.
Proqram sonu hər əmanətimizə yaşlarına uyğun şəkildə içərisində oyuncaq, şahmat, dəftərçə, boya seti, pazl, fincan və s. yer alan Ramazan hədiyyəsi təqdim edilir.
“Dolma bükümü” layihəsindən əldə olunan qazancla aldığımız idman ayaqqabılarını da gül balalarımıza ərmağan edirik.

Birliyimizin təsisçisi Yeganə Mirzəyeva əmanətlərimizin anaları- tənha xanımlarla mənəvi-psixoloji, mərifət söhbətləri aparır.

Əziz dəstəkçilərimiz!
“Ramazanda əmanət qəlbi sevinsin” niyyətimizin gerçəkləşməsi ümidilə bir çox ianə yönümlü layihələrimiz icra olunur.

“Ramazan hədiyyələri”- əmanət uşaqlara hədiyyə təqdim olunur, sonda ailələrimizə qurban əti verilir.
“Dolma bükümü”- əldə olunan qazancla əmanətlərə idman ayaqqabıları alınır.
“İftar süfrəsi”- əldə olunan qazancla əmanət ailələrimiz üçün iftar süfrəsi hazırlanır.

Oxu ayında mülkündən pay verərək maddi və mənəvi dəstək göstərən bütün xeyirsevərlərimizə təşəkkür edir, Ramazanın qalan günlərində də yaxşılıq yarışına dəvət edirik.

 

            ⬇️İanələrinizi göndərə biləcəyiniz istiqamətlər: 

 

               ⬇️Ramazan görüşlərimizdən görüntüləri sizlərə təqdim edirik: