“Cığır” İB və KOBSKA arasında görüş keçirib.

“Cığır” İB və KOBSKA arasında görüş keçirib.

“Cığır” İB KOBSKA ilə görüş keçirib.

Baş tutan görüşdə Birlik sədri Yeganə Mirzəyeva, idarə heyətinin üzvləri ilə birlikdə KOBSKA idarə heyətinin sədri Nigar Ələsgərova və məsul nümayəndələri iştirak ediblər.

Görüşdə birliyimizin qeydiyyatında olan həssas qrup nümayəndələrinin himayə edilməsi məsələsi və ata himayəsindən məhrum 33 abituriyentimizin təhsil təqaüdü ilə təmin edilməsi ilə bağlı müzakirələr aparılıb.

Həmçinin KOBSKA “Cığır”in fəaliyyət sahəsi, təşkilatı strukturu ilə tanış edilib, daha sonra bu ilin aprel ayının 13-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsində qalib olmuş “Sosial Sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və təbliği üzrə təşəbbüslər” layihəsinin fəaliyyət planı barədə də ətraflı məlumat diqqətə çatdırılıb.

Görüş əməkdaşlıq əlaqələrin qurulmasına dair müzakirələrlə sona çatıb.