“Cığır” İB olaraq “Ana Dilimiz Dövlətçilik Simvolumuzdur” forumunda iştirak etdik.

“Cığır” İB olaraq “Ana Dilimiz Dövlətçilik Simvolumuzdur” forumunda iştirak etdik.

18 fevral Təhsil Forumu sosial Platformasının təşkilati dəstəyi ilə “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş “Ana Dilimiz Dövlətçilik Simvolumuzdur” mövzusunda Forum keçirildi. Tədbirdə “Cığır” birliyinin könüllü müəllim və tələbə heyəti ilə qürurla iştirak etdik.

Ölkəmizin bir araya toplanan xeyirsevər müəllim kollektivini birliyin tərkibində fəaliyyət göstərən sosial proqram və layihələr, sosial sahibkarlıq müəssisə və layihələri, eyni zamanda xeyriyyəçilik layihələri və məhsullarla tanış edərək xoş sözlər, əməkdaşlıq təklifləri və gözəl təəssüratlar qazandıq.

Dəvət üçün Təhsil platformasının rəhbəri Emil Tağızadəyə təşəkkürümüzü bildiririk.