“Cığır” İB-nin təhsil qolu-“Salam Yurdu” TTM-nin açılışı münasibəti ilə könüllü müəllimlərlə görüş keçirdi

“Cığır” İB-nin təhsil qolu-“Salam Yurdu” TTM-nin açılışı münasibəti ilə könüllü müəllimlərlə görüş keçirdi

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir. (Viktor Hüqo)

Bu gün “Cığır” İB-nin təhsil qolu-“Salam Yurdu” TTM-nin açılışı münasibəti ilə ilk olaraq məktəbli əmanətlərə dərs keçəcək könüllü müəllimlərlə görüşdü. Könüllü müəllimlərimiz-müxtəlif universitetlərdə təhsil alan tələbələr “Cığır” İB-nin təhsil qolunun fəaliyyəti ilə yaxından tanış oldular. Gənc müəllimlər həyəcanla dərslərin başlamasını gözləyirlər. Onlar qəlblərindəki sevgi, şövq və məsuliyyətlə öz şagirdlərinə sadəcə bilik deyil, həyatın gözəlliklərini də öyrədəcəklər.

Tələbələrimizə və əmanətlərimizə bol uğurlar arzu edirik.