Məlum olduğu üzrə bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.
Bu barədə iyunun 28-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.
“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilsin”, sənəddə qeyd edilir.
12iyul tarixində “Cığır” MDİD İB -nin İdarə Heyətinin növbəti iclası keçirildi. İclasda deputat seçkilərinə birlik olaraq verə biləcəyimiz töhfələrdən danışıldı və bu seçkilərin ölkəmizin, xalqımızın rifahına bəxş edəcəyi növbəti addım kimi dəyərləndirildi. Seçkilərin ölkə və xalqın həyatında oynadığı əhəmiyyətli rolunu nəzərə alaraq “Cığır” İB-nin təsisçisi, Bakı Dövlət Universiteti, İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi Yeganə Mirzəyeva deputat seçkilərində namizədliyini irəli sürməsini özünə vətəndaşlıq borcu olaraq hesab etmişdir. İdarə heyətinin üzvləri tərəfindən təklif təqdir edilərək Yeganə xanıma müvəffəqiyyət diləyir, bu seçkilərdə iştirakının xalqımız üçün xeyirli və faydalı olacağına ümid edirik.