“Cığır” İB-də coşqu içində Qurban bayramı ovqatı yaşandı.

“Cığır” İB-də coşqu içində Qurban bayramı ovqatı yaşandı.

“Cığır” ailəmizdə şükür, dua, coşqu içində Qurban bayramı ovqatı yaşandı.

“Cığır” idarə heyətinin, könüllü tələbələrimizin iştirakı və təşkilatlatçılığı ilə Bakıda 63, bölgələrdə-İsmayıllıda 29, Qəbələdə 11, Oğuzda 16 əmanət ailəmizlə mübarək bayramı qeyd etdik.

Bayram tədbirində ailələrimizə ikram süfrələri açıldı, əmanətlərlə maarifləndirici, əyləndirici oyunlar oynanıldı, kiçik bayram hədiyyələri bağışlanıldı. (112 ədəd Qurban sədəqə daxılı, 57 ana üçün geyim.)
Könüllü xanımların zəhmətilə bükülən dolmalar – “Dolma bükümü”“Qutabdan kitaba” layihəsindən toplanan gəlirlə alınan idman ayaqqabıları da rayondakı 99 – İsmayıllıda 50, Qəbələdə 24, Oğuzda 25 əmanətimizə Qurban sovqatı olaraq hədiyyə edildi.

“Cığır” İB-nin idarə heyətinin sədri Nüşabə Hüseynova həssas qrup nümayəndəsi xanımlarla görüşərək mənəvi dəyərlər mövzusunda söhbət apardı, onların problemləri ilə yaxından tanış oldu.

Bakı, İsmayıllı Qəbələ, Oğuz və Şəkidə xeyirsevərlər tərəfindən dua və təqva ilə kəsilib bağışlanan qurbanlar şükranlıqla 119 əmanət ailəyə ümumilikdə 538 kq qurban əti olmaqla, İsmayıllıda 54 pay (108 kq), Qəbələdə 30 pay (60kq), Oğuzda 28 pay (56 kq), Şəkidə 21 pay (42 kq) və Bakıda 136 pay (272 kq) çatdırıldı.

Rəbbimizdən bağışlanma və “qurban”larımızın qəbul olunmasını diləyərək uşaqların sevincində, anaların duasında yer alan bütün xeyirsevər dostlarımıza təşəkkür edir, şükür və dua ilə növbəti bayramlara qovuşmağı diləyirik!