“Cığır” əmanətləri ilə “Kitab ətri” layihəsi üzrə növbəti dəyirmi masasını “Azərkitab” Kitab Təbliğatı Mərkəzində keçirdi.

“Cığır” əmanətləri ilə “Kitab ətri” layihəsi üzrə növbəti dəyirmi masasını “Azərkitab” Kitab Təbliğatı Mərkəzində keçirdi.

“Cığır” əmanətlərinin əlindən tutub dünyaya gözəllik və sevgi yaymaq niyyətindədir.
Buna nail olmağın əsas yolunun da “Oxu”dan keçdiyini qarşımıza məqsəd qoyaraq,”Kitab ətri” layihəmizlə gözəllik və sevgi zirvəsinə doğru yol almışıq.
Artıq hər görüşdə əmanət balalarımızın “kitab ətri” aşiqinə çevrildiklərinə şahid oluruq.
“Cığır” əmanətləri ilə “oxu”ya tələsir!
Növbəti “Kitab ətri” görüşümüz “Azərkitab” Kitab Təbliğatı Mərkəzində oldu.
Görüşümüzün əsas məqsədi Cümhuriyyətimizin 100 illiyi münasibətilə uşaqların məlumatlandırılması,onların oxu ,yazı və təfəkkürə layiqincə sahib ola bilmələridir.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qısa,lakin şərəfli fəaliyyəti dövründə elm və təhsilin vəziyyətindən,bu sahələrin dirçəldilməsi üçün görülən işlər barədə edilən diskussiyalar artıq uşaqlarda “bugünün davamçıları sizlərsiz” əzmini yaradır.
“Nədən dövlətin, şirkətlərin bayraq və gerbə ehtiyacı olur?”, “Bayraqlar və gerblər nəyi təmsil edər?” sualları ilə uşaqlara müraciət olundu.Azərbaycan gerbinin və bayrağının simvolları müzakirə edildi.
Həyata baxış üfüqümüzü genişləndirməyə cəhd olundu;
“Gerbimizdə palıd və sümbülün dəyərlərimizi ağuşuna alması hansı mənaya diqqət çəkir?”
“Yer kürəsinin gələcəyi insanların bir-birlərini sevməyində gizlənmişdir.Yer kürəsi bir anadır. Onun ağuşunda sığınacaq tapdığımız halda düşüncələrimizlə nə qədər zərər veririk?!” fikirləri səsləndirildi. Və bu sırada uşaqlara belə sualla müraciət edildi:
” Bəs “Cığır”ın loqosunda diqqətinizi nə çəkir?”;
“Cığır”ın məqsədi və çağırışı loqoda öz əksini tapırmı?”
Suallara cavab düşünmələri ümidilə növbəti görüşə saxlandı.
Eyni zamanda uşaqlar Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabrına qədər fəaliyyət göstərən Qafqaz İslam Ordusuna rəhbərlik edən Nuru Paşa haqqında da məlumat əldə etdilər.
Uşaqların hazırladığı səhnəcik göz oxşadı.
Sonda tort kəsilib çay süfrəsi açıldı. Çox səmimi qarşılandığımız üçün “Azərkitab”ın kollektivinə təşəkkür edirik.
Dualarla ayrıldıq.Çünki dua istəkdi,gücdü,niyyətdir.

Leave a Reply