Hər bir zərrə Zəfər üçün!
Vətənimiz müharibə şəraitində olduğu zaman “Cığır” MDİD İB olaraq ətrafında vətənpərvər, qəlbi Vətən eşqi ilə yanan övladlar ilə bərabər daim amal və məqsədimiz olan “Necə daha faydalı ola bilərik?”, “Xeyriyyəçilik, vətənpərvərlik ruhunu, mərhəmət hisslərini ətrafda necə artıra bilərik?” təlaşındayıq. Cəbhədən gələn şad xəbərləri böyük qürur və fəxrlə qarşılayırıq, sevincimizin həddi-hüdudu yoxdur.
“Cığır” MDİD İB “Hər şey Zəfər üçün! -devizi ilə (dövlətimizin ehtiyacı olmasa da) vicdanımızın səsinə biganə qalmayaraq, igid balalarımız, əsgərlərimiz üçün tibbi paketləri, meyvə, ədyallar, isti papaqlar, alt geyimi, əlcəklər, sular, yataq dəstləri, kremlər, dualar və s. hazırlayıb yola düşdük. Dəstək olan hər bir xeyirsevərdən Allah qəbul etsin!
Salam duamız əsgərlərimizi, həm işğal altında qalmış, həm də işğaldan azad olunmuş torpaqlarımızı sarsın! Arxa cəbhə olaraq balalarımıza əmanət analarımız “Vətən bizim də vətənimizdir!”-deyərək güclü çiyin olmaq istəyilə yataq dəstləri və 56 ədyal topladılar. 170 əsgərə ilkin tibbi yardım çantası paylandı.
Peğambərimiz S.A.S ordusundan sonra havada qızılgül ətri gəldiyi kimi bizim ordumuzdan da qızılgül ətri gəlsin deyə əsgərlərə özəl qızılgül ərtirləri alıb payladıq. Zəfərdə zərrəmiz olsun!! “Meyvəli” TM tərəfindən sədəqə göndərilən meyvə və tərəvəz yeşiklərini sayıb, paylayıb bitirmək olmurdu.
Meyvələrin siyahısını sizlərə təqdim edirik.
Alma- 370kq
Banan- 66 kq
Kivi-5 kq
Feyxoa- 60 kq
Limon- 20 kq
Mandarin- 145kq
Xiyar- 60kq
Pomidor – 70kq
Bibər- 15 kq
İstiot – 5 kq
Bütün xeyirsevər xalqımıza Allahdan Zəfər diləyirik.
Allah qəhrəman ordumuzu qorusun, döyüş meydanına dönən, aqressorların bombardımanı qarşısında mərd duran şəhərlərimizi, Gəncəni, Mingəçeviri, Tərtəri, Bərdəni qorusun.