Tələbə olmaq əksər abituriyentin xəyalıdır
Hər bir qalibiyyətin arxasında hər zaman stres, yorğunluq və zəhmət durmuşdur.
“Cığır” İB olaraq əmanət abituriyentlərimizin təhsilinə hər zaman həssaslıqla yanaşmışıq. Onların maariflənməsi, ali təhsil alması, gələcəyin mənəvi dəyərlərə sahib parlaq şəxsiyyət olması əsas prioritetlərimizdəndir.
Bunun üçün əmanətlərimizin təhsilinin hər mərhələsində xüsusi həssaslıq, diqqət və qayğı göstərmək məqsədilə əlimizdən gələni edirik.
Əmanətlərimizlə abituriyent dönəmində psixoloji görüşlər keçirərək özlərinə olan güvən və inam hissini artırmağa çalışırıq.
Bu il buraxılış imtahanlarında müvəffəqiyyət qazanan əmanətlərimizi “Cığır” ailəmiz adından təbrik edirik.
Təhsil təqaüdü proqramımıza ianə dəstəyi göstərən xeyirsevərlərimizə, eyni zamanda bu il əsaslı surətdə dəstək olan “Qutabdan Kitaba” sosial sahibkarlıq layihəmizə dərin təşəkkürümüzü bildiririk!
Abituriyentlərimizə növbəti imtahan mərhələsində uğurlar arzu edirik!