Bu Ramazanda da bərabər öyrənirik.

Bu Ramazanda da bərabər öyrənirik.

“Əngəllər sadəcə düşüncədə mövcuddur” deyərək bu Ramazan da əmanətlərimiz və könüllü tələbələrimiz iftar öncəsi bir araya gəlməyin yolunu tapdılar. Ramazan ayında əmanətlərimizi sevindirməyi, iftar öncəsi maraqlı söhbətlər, öyrədici oyunlar, faydalı məlumatlar bölüşmək üçün bir yerə toplaşmağı unutmadılar. İftardan öncə könüllü gənclərimiz əmanətlərimizlə görüşüb hər gün bir mövzunu müzakirə edir, bir-birimizə və dünyamıza dua etməyi öyrənirik. Ramazan dostlaşmaq, birgə öyrənmək, paylaşmaq və bölüşmək ayı olduğu üçün ən dəyərli olanlarımızı- zamanımızı və sevgimizi bölüşək. Birlikdə öyrənək, birlikdə əylənək, birlikdə Ramazanı yaşayaq!

4 thoughts on “Bu Ramazanda da bərabər öyrənirik.

  1. “Cığır”ın hər il keçirilən silsilə küçə iftarları bu il də öz missiyasını belə həyata keçirir. Mənəvi dəyərlərin inkişafına dəstək toxumu hər görüşdə mütləq ki, əkilir. Bar verəcək bəhrələr yetişəcək.

Leave a Reply to Nurlana Cancel reply