Bu dəfəki iftarımız Oğuz da baş tutdu

Bu dəfəki iftarımız Oğuz da baş tutdu

Bakıdan sevgi, həyəcan və dualarımızla birgə Ramazan qatarımız sevimli əmanətlərimizlə Oxu ayının bərəkətini, gözəlliyini, dəyərini yaşamaq ümidilə Oğuza yola düşdü.

Könüllü komandamız möhtəşəm proqramla sevimli balalarımızla birlikdə oynadılar, söhbət və dualar etdilər, Oxu ayında öyrəndilər öyrətdilər.

Qəlbi gənclik şövqlü ilə döyünən könüllülərimiz üçün əmanətlərimizlə xeyirsevərlərin dəstəyi ilə bəzədilən iftar süfrəsində oruclarını açmaq əvəzolunmaz xoşbəxtlik oldu.

Məqsədimiz bir-birimizə paylaşmağı, dostluğu, sevməyi və xoşbəxt olmaq üçün dünyanın hər yerində kiçik fürsətlərin olduğunu göstərməkdir.