Bölgələrdəki əmanətlərlə görüşlərimiz davam edir.

Bölgələrdəki əmanətlərlə görüşlərimiz davam edir.

Könüllü müəllim və tələbə komandamız ölkəmizin müxtəlif bölgələrində yaşayan əmanətlərin ziyarətinə davam edir.

Bu həftə Ağdaş, İsmayıllı, Şamaxı rayonlarına xeyirsevərlərin əmanətini və duasını çatdırmaq üçün yola düşdük. Uşaqlara unudulmaz anlar yaşatmaq üçün hazırlanmış tədbir proqramı çərçivəsində onlarla maraqlı oyunlar oynadıq, nağıl terapiya, master-klaslar təşkil etdik.

Həddi-hüdudu olmayan sevinc hissi ilə Qəbələ rayonuna yollanaraq yeni ailə həyatı qurmuş 2 gənc əmanət cütlüyümüzə də cehiz hədiyyəsi təqdim etdik

Əmanət balalarımızın sevincinə səbəb olan bütün könüllü heyətimizə və xeyirsevərlərə təşəkkür edirik.