“Biz mehriban ailəyik” layihəsi çərçivəsində əmanətlərlə növbəti görüş baş tutdu

“Biz mehriban ailəyik” layihəsi çərçivəsində əmanətlərlə növbəti görüş baş tutdu

“Cığır” MDİD İB öz faydalı layihələrindən biri olan “Biz mehriban ailəyik” layihəsi ilə himayəmizdə olan dəyərli ailələrlə silsilə görüşlər keçirməyə davam edir.

Görüş zamanı həm analar, həm də gül balalar ilə maraqlı, inkişafetdirici zaman keçirərək ailə bağlarının güclənməsinə nail olmaq başlıca məqsədimizdir.

Görüşlərdə ailələrimiz ilə aparılan fərdi söhbətlər həm onlar, həm də bizim üçün çox faydalıdır.

İnanırıq ki, onların yaşantı və problemləri ilə maraqlanmaq, bu problemlərin həlli üçün birlikdə müzakirələr aparmaq bir-birimizə olan sevgini, anlayışı qat-qat arıtır.