Birliyimizin “Sən də fidanınla yaşat şəhid adını” adlı növbəti ağacəkmə aksiyasını həyata keçirdik.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının dəstəyi ilə Bakının Müşfiqabad qəsəbəsində könüllü kollektivimizin və şəhid ailələrinin iştirakı ilə şəhidlər adına torpağa fidanlar əkdik.
Şəhidlərimizin ruhuna ithaf olunan dirilik rəmzi kimi “Cığır” əmanətləri şəhid analarına dibçəkdə güllər də bağışladılar.
Qeyd edək ki, Nazirlik tərəfindən əmanətlərimizə ətraf mühitin qorunmasının vacibliyini aşılayan kitab hədiyyə olunub.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutan ağacəkmə aksiyasının məqsədi həmçinin də ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına, yaşıllıqların bərpası və vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə sözügedən layihənin keçirilməsinə yaradılan şərait, yüksək təşkilatçılıq, təmənnasız sahə və ağac dəstəyi, əmanət balalarımıza göstərdikləri diqqət üçün təşəkkür edirik.