“Baku EduEXPO” 2024 Beynəlxalq Təhsil sərgi-satış yarmarkasında “Cığır” MDİD İB olaraq iştirak etdik.

“Baku EduEXPO” 2024 Beynəlxalq Təhsil sərgi-satış yarmarkasında “Cığır” MDİD İB olaraq iştirak etdik.

Təhsilin İnkişafı Fondu (TİF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Baku Design Academy-nin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə öyrənək” şüarı ilə “Baku EduEXPO” 2024 Beynəlxalq Təhsil sərgi-satış yarmarkasının açılış mərasimi baş tutdu.

“Cığır” MDİD İB-nin nəzdində fəaliyyət göstərən “Salam Yurdu” TTM öz stendi ilə çıxış edirdi. Eyni zamanda sərginin ikinci günündə “Cığır” MDİD İB-nin Sosial Sahibkarlıq layihələrindən biri olan “Qutabdan Kitaba” layihəsi də təşkil olundu.

Qeyd edək ki, “Qutabdan Kitaba” layihəsindən əldə olunan gəlir əmanət abituriyentlərimizin təhsil təqaüdü üçün xərclənir.