“Cığır” MDİD İB daha bir yeniliyə imza atdı. Qardaş ölkə olsa belə insanın öz ailəsindən, vətənindən uzaq düşməsi qürbət hissi yaşadır… Türkiyədən Azərbaycana gələn tələbələr də qürbət hissini kökslərində daşıyırlar. Buna görə də, “Cığır” yetimlər və dul analarla yanaşı ən ümdə mənəvi dəyər olan qəriblərin yanında olmaq hissi ilə onları öz qanadının altına aldı. Bakıda təhsil alan türk xanım tələbələr “Oxu Evi”mizdə iftar süfrəsində bir araya gəldilər. Onların ehtiyacları, çətinlikləri haqqında danışıldı. “Cığır” öz yaradılışı, fəaliyyəti haqqında məlumat verdi, öz missiyasını onlara açıqladı və digər tələbələrlə birlikdə “türk tələbə qızlara necə dəstək oluna bilər” istiqamətində müzakirə aparıldı.