“Analar simpoziumu”-nun ilk mərhələsi baş tutdu.

“Analar simpoziumu”-nun ilk mərhələsi baş tutdu.

5 May “Analar simpoziumu”-un ilk mərhələsini Zoom tətbiqi vasitəsilə həyata keçirdik. Həm analar, həm qonaqlarımız tərəfindən maraqla və sevinclə qarşılanan görüşdə analar öz könüllü fəaliyyətlərindən danışdılar və könüllü olduqları “Kitab ətri”, “Övladıma məktub, “Mən “Cığır”-da, “Cığır” məndə” layihələri barəsində öz hisslərini və düşüncələrini bölüşdülər.
Dul qadınlara iş təminatı, tibbi yardımlar istiqamətində həyata keçirilən işlərimiz haqqında məlumat verildi. Qonaqlarımız psixoloq Mətanət xanım, jurnalistlər, kitabxana işçiləri söz alaraq öz fikirlərini ifadə etdilər.
Son olaraq, rəsmi qurumlara göndəriləcək qərarnamə qəbul olundu və növbəti simpoziumda müzakirəyə qoyulacaq yeni məsələlər müəyyənləşdirildi.

2 thoughts on ““Analar simpoziumu”-nun ilk mərhələsi baş tutdu.

Leave a Reply