“Amber Soap” ilə sabun hazırlama master-klaslarımız davam edir.

“Amber Soap” ilə sabun hazırlama master-klaslarımız davam edir.

Yorğun dərs saatından sonra tələbələrin, şagirdlərin özlərinə edəbiləcəyi ən gözəl və zövqlü terapiyalardan biri məhz sabun bişirmə ola bilər.

 Silsilə şəkildə keçirdiyimiz master-klaslarda rənglərin, ətirlərin və musiqinin harmoniyasına daxil olub yaradıcılığın ruhumuza toxunuşunu hiss etməyə çalışırıq🌞 

“Master-klas” ustad dərsləri deməkdir, hər kəsin özünü kəşf etməsində bir ustada ehtiyacı var. Daxili dünyanızın yaradıcı qatlarına bizim kouç Nüşabə xanım və yardımçısı könüllü tələbə Şükufə ilə səyahət edərək öz fərqliliyinizi kəşf etmiş olacaqsınız ✨

Məhz ilsonu ard-arda və qrup şəklində keçirilən 4 master-klasımız gəncləri müəllimlərlə bərabər bir masa ətrafında toplayaraq öz əlləriylə dekorativ, xoş ətirli sabunlar hazırlamasına və gənclərin yaradıcılıqlarını kəşf etməsinə şərait yaradır.

Masterklas rəhbərləri ustadlarımız
Nüşabə Hüseynova və Şükufə Musayevaya təşəkkürümüzü bildiririk!💐