Agentlik və QHT-lər Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivi və 300-ə yaxın qeyri-hökumət təşkilatlarının nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarətdə Birliyimizin həmtəsisçisi Gülnar Rüstəmova və könüllülər iştirak ediblər.
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.