“Milli-mənəvi dəyərlər və mədəni irsin təbliği” layihəsinin bağlanış tədbiri keçirilib.

“Milli-mənəvi dəyərlər və mədəni irsin təbliği” layihəsinin bağlanış tədbiri keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Birliyimiz tərəfindən icra olunan «Milli-mənəvi dəyərlər və mədəni irsin təbliği» layihəsinin bağlanış tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Birliyimizin sədri, həmçinin layihənin rəhbəri Nüşabə Hüseynova layihənin ümumi əhəmiyyətindən bəhs edib.
Birliyimizin təsisçisi, BDU-nun İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru və layihənin təlimçisi Yeganə Mirzəyeva isə mövzu ilə bağlı elmi-nəzəri fikirlərini bölüşərək, milli dəyərlərin gənc nəslə ötürülməsinin vacibliyini vurğulayıb.
Daha sonra Günel Babayeva çıxış edərək layihə çərçivəsində görülən işlərin hesabatını təqdim edib və fəaliyyətin davamlılığı barədə məlumat verib.
Tədbirdə layihə müddətində həyata keçirilmiş fəaliyyətlərə həsr olunmuş videoçarx da təqdim edilib.

Tədbir çərçivəsində layihə müddətində ərsəyə gətirilmiş «Milli-mənəvi dəyərlərin yol xəritəsi və Mədəni irsimiz» kitabının təqdimatı keçirilib və nəşrlər iştirakçılara paylanılıb.

Birliyimiz adından layihəyə göstərdiyi maliyyə dəstəyi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə xüsusi təşəkkürümüzü bildiririk.