Ramazan proqramlarımız sevgi və paylaşma dolu anlarla davam edir.

Ramazan proqramlarımız sevgi və paylaşma dolu anlarla davam edir.

9 mart tarixində keçirilən görüşdə proqram ənənəvi olaraq əmanətlərin bir-birini daha yaxından tanımasına kömək edən tanışlıq oyunları ilə başladı. Ardınca uşaqlar qorxularını ifadə edən rəsmlər çəkərək düşüncələrini paylaşdılar və birlikdə bu hissləri necə aşmaq barədə söhbət etdilər.
Proqramın teatr hissəsində Nuh peyğəmbər və Nuhun gəmisi haqqında səhnəcik təqdim olundu. Tamaşa uşaqlara səbir, birlik, iman və çətinliklər qarşısında ümidini itirməmək kimi dəyərləri xatırlatdı.
İftar süfrəsindən sonra əmanətlərimizə və analarımıza hədiyyələrimizlə bugünü onlar üçün daha özəl etdik.
Əmanətlərimiz Ramazan tədbirlərimizin ayrılmaz hissəsinə çevrilən xatirə divarında qoyduqları əl izləri ilə bugünü rəngli bir xatirəyə çevirdilər.