Təqdim olunan nemətlər balacalarımızın və analarımızın sevincinə səbəb oldu.
Bu dəfə axşamın maraqlı hissələrindən biri Ramazan bilik yarışması oldu. Əmanətlər qruplara bölünərək sualları cavablandırdılar, həm öyrəndilər, həm də sağlam rəqabət mühitində əyləndilər. Komanda ruhu və birlik hissi xüsusilə hiss olunurdu.
Səhnə proqramında isə “Sönən səs” adlı tamaşa təqdim olundu. Səhnəcik qurban verməyin mahiyyətini və onun sadəcə bir mərasim deyil, dərin mənəvi dəyər daşıdığını izah edirdi. Uşaqlarla birlikdə qurbanın fədakarlıq, itaət və paylaşma anlamı müzakirə edildi.
İftar öncəsi edilən dualar hər kəsi eyni duyğuda birləşdirdi. Süfrə ətrafında toplaşan hər kəs paylaşmağın bərəkətini bir daha hiss etdi.



























