Bu günkü iftar süfrəmiz TİKA-nın əmanət ailələrimizə ikramı oldu.

Bu günkü iftar süfrəmiz TİKA-nın əmanət ailələrimizə ikramı oldu.

Təqdim olunan yeməklər və şirniyyatlar uşaqlarımızın sevincinə sevinc qatdı.
Əmanətlər üçün hazırlanan səhnə proqramında mənəvi dəyərləri əks etdirən təsirli bir tamaşa nümayiş olundu. Səhnəcik Allah’a təvəkkül etməyin insanı necə gücləndirdiyini vurğuladı. Tamaşadan sonra dostlarımızla fikir mübadiləsi aparıldı, onlar duyğularını və düşüncələrini bölüşdülər.
Eyni vaxtda analar üçün ayrıca görüş keçirildi. Səmimi söhbətlər, qarşılıqlı anlayış və dəstək dolu mühit axşamın ən dəyərli anlarından oldu.
İftar öncəsi edilən dualar isə hamını eyni niyyət ətrafında birləşdirdi. Süfrə başında paylaşmanın istiliyi hiss olunurdu.
Proqramın sonunda balacalara Ramazan sovqatları təqdim edildi. Hədiyyə qutuları və Maidə Tekstil tərəfindən hazırlanmış pastellər uşaqlara paylandı. Analara Mülk mağazasının geyimləri və “Cığır” MDİD İB təsisçisi Yeganə Mirzəyevanın “İz” kitabı hədiyyə olundu.
Bu gün təşkil olunan iftar süfrəsinə verdiyi dəstəyə görə Türkiyə İşbirliyi və Koordinasiya Agentliyi-nə dərin təşəkkürümüzü bildiririk. Göstərilən diqqət və qayğı birlik və həmrəyliyimizi daha da gücləndirir. Allah xeyirxah əməllərinizi qəbul etsin.