27 sentyabr – Anım günü

27 sentyabr – Anım günü

Bu gün Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqının işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə başlatdığı Vətən müharibəsindən bir il ötür.

Bu, haqqın, ədalətin, həqiqətin mübarizəsi idi. Bu gün bütün millətimizin birlik və həmrəy olduğu, qəlbinin bir döyündüyü gündür.
Rəşadətli Azərbaycan ordusu əzm, iradə, şücaət nümayiş etdirərək torpaqlarımızı Erməni silahlı qüvvələrinə qarşı qətiyyətlə qorudu.
İllərdir həsrətini çəkdiyimiz Qarabağ torpaqlarına qovuşmaq arzusu ll Vətən müharibəsi ilə bir daha çiçək açdı. Parlaq qələbəmizə gedən yolda bütün xalqımızı ruhlandırdı və 30 illik işğala son qoydu.

Ali Baş Komandan, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il verdiyi sərəncama əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabrı Anım günü qeyd edirik.

Şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan onların qəhrəmanlıq və fədakarlığına layiq olmağı dua edirik!