Month: Oktyabr 2024

Əmanətlərlə növbəti görüşümüzdən görüntüləri sizə təqdim edirik.

“Cığır” MDİD İB-nin nəzdində fəaliyyət göstərən “İnşirah” psixologiya mərkəzinin psixoloq könüllüləri ilə əmanət uşaqlarımızın növbəti görüşü keçirildi. Əmanətlərlə həm komanda ruhunu gücləndirmək, həm də yeni biliklər qazanmaq məqsədilə oyunlar oynadıq. […]

“Cığır” MDİD İB-nin QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilən qrant müsabiqəsində qalib olduğu “Sosial sahibkarlıq təşəbbüsləri” layihəsinin könüllüləri və iştirakçıları ilə yekun zoom görüşü keçirildi.

Görüş zamanı Sosial sahibkarlıq və onun cəmiyyətdə rolu mövzusu müzakirə olundu. Təlim zamanı iştirakçıların qazandıqları bilik və bacarıqlar,sosial sahibkarlıq layihələrində könüllülük fəaliyyətinin rolu haqqında danışıldı.Sosial sahibkarlıq layihələri üzrə uğur qazanan […]

“Cığır” MDİD İB-nin mütəmadi olaraq analarla keçirdiyi zoom görüşləri davam etməkdədir.

Qeyd etmək istəyirik ki, görüşlərdə Birliyin sədri Nüşabə Hüseynova anaların mənəvi cəhətdən dirçəlmələrinə dəstək olmaq məqsədilə müxtəlif istiqamətlərdə faydalı söhbətlər edir. Həmçinin, “sənətsəl tətbiq” vasitəsilə onların öz daxili dünyalarını kəşf […]

“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilən qrant müsabiqəsində qalib olduğu “Sosial sahibkarlıq təşəbbüsləri” layihəsinin könüllüləri ilə növbəti təlimi keçirilmişdir.

Təlimdə könüllülərin layihə müddətində qazandıqları bilik, bacarıqlar, sosial sahibkarlıq layihələrinin cəmiyyətə və iştirakçılara qazandırdığı dəyərlər haqqında danışıldı. Həmçinin, layihə çərçivəsində həyata keçirilən “Sosial bazar” zamanı könüllülərin qarşılaşdıqları situasiyalar və onların […]

“Sosial Sahibkarlıq Təşəbbüsləri” layihəsi çərçivəsində sonuncu qrup analarla terapiyamızı keçirdik.

“Sosial Sahibkarlıq Təşəbbüsləri” layihəsi çərçivəsində sonuncu qrup analarla terapiyamızı keçirdik. Terapiyada aparılan zaman çalışmasında analar bir-birilə həyatının çətin anlarını paylaşaraq bu hadisələrin onlara qazandırdığı dəyərləri müzakirə etdilər.

Bakıda yaşayan əmanətlərimizlə görüşlər keçirildi.

Sentyabr ayı ərzində əmanət uşaqlarımızla silsilə tədbirlər təşkil etdik. Tədbirlər zamanı himayəçilərimizin əmanətlərini ailələrimizə çatdırdıq. Eyni zamanda könüllü komandamızla birlikdə uşaqlarla əyləncəli və intelektual oyunlar oynadıq, həmçinin xoş ünsiyyətlə aramızdakı […]