Əmanətlərimiz xoşbəxtlik axtarışında olanları duaları ilə “Oxu evi”mizə dəvət etdilər.

Əmanətlərimiz xoşbəxtlik axtarışında olanları duaları ilə “Oxu evi”mizə dəvət etdilər.

İnsanlara sevgi və gözəlliyi çatdırmaq üçün qapı-qapı gəzən yetimlər öz əlləri ilə yazdıqları balaca dua kağızlarını evlərin qapılarına yapışdırmağa davam edirlər. Dualarla yanaşı bütün gəlirləri əmanətlər üçün xərclənən “Oxu Evi”mizin menyuları və tanıtım broşurları da paylanılır. Qeyd edək ki, qısa zamandır fəaliyyət göstərən “Oxu Evi”mizi ziyarət edərək həm ləziz içki və təamlarını dada, həm “Cığır”ın fəaliyyətlərini yaxından izləyə bilərsiz.
Bütün xeyirsevər və xoşbəxtlik axtarışında olan dostlarımızı məkanımızda gözləyirik.