“Əmanətlərimiz “Gözəl düşüncə” layihəsinin sonunda öz araşdırmalarını təqdim etdilər.”

“Əmanətlərimiz “Gözəl düşüncə” layihəsinin sonunda öz araşdırmalarını təqdim etdilər.”

“GÖZƏL DÜŞÜNCƏ” layihəsinin iştirakçıları olan ata himayəsindən məhrum əmanətlərimiz 8 fənnin (kimya, fizika, riyaziyyat, biologiya, coğrafiya, estetika, psixologiya, ədəbiyyat) gözəlliklərini bir ay boyunca araşdıraraq sonda təqdimatları ilə çıxış etdilər. Hər biri fərqliliyi, özünəməxsusluğu ilə seçilirdi. Belə ki ata himayəsindən məhrum əmanətlər təqdimatlarını öz istedadlarına uyğun sərbəst şəkildə hazırlamışdılar:
1. Hekayə yazmaq
2. Şəkil çəkmək
3. Slayd hazırlamaq
4. İnşa yazmaq
5. Ssenari yazaraq səhnə qurmaq
6. Şifahi təqdimat

Bütün bunlar bir daha göstərir ki, istedadsız uşaq yoxdur. Sadəcə onların hər birinə fərdi yanaşaraq zənginliklərini aşkara çıxarmaq lazımdır. Bunun üçün isə onlara fürsət yaratmalıyıq.

Layihəmizin sonunda balaca əmanətlərimiz fənnlərin tamaşası ilə qarşımıza çıxdılar.

“Uşaqlıq insanın vətənidir”. Ç. Aytmatov

İnanırıq ki, “GÖZƏL DÜŞÜNCƏ” layihəsi uşaqların elmə, axtarışa olan maraqlarını daha da artıracaq, fikirlərini sərbəst ifadə etmək qabiliyyətlərini, özgüvənlərini inkişaf etdirəcək.