“Əfsanə cığırı” adlı tədbirimizə dəvətlisiz.

“Əfsanə cığırı” adlı tədbirimizə dəvətlisiz.

“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin dəyərli psixoloqu BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin müəllimi Əfsanə xanım Talıbovanın dünyasını dəyişməsindən 40 gün ötdü. Bu uzun müddət sayı bildirsə də biz aramızda onun yoxluğunu hiss etmədik.Çünki ardından əzəmətli “Əfsanə cığırı” qoydu.
İnsani dəyərlərlə onu Vətəninə layiqli vətəndaş kimi yetişdirən Şəki – Baş Layısqı torpağına təşəkkürümüzü bildiririk.
30 (otuz) illik həyatında nə qədər sevgi qoya bilərdi ki, bu gözəllik cığırı yaransın?! “Salam yurdu” təlim-tədris mərkəzində ödənişli konsultasiyalar, seminarlar təşkil edərək, əmanətlərə dəstək olurdu.Müəllimləri, həmkarları, tələbələri bugün “Əfsanə cığırı”nda əmanətlərimizlə birgə addımlayırlar.”Əfsanə Psixoloji Mərkəzi” artıq fəaliyyət göstərir.Mərkəzdə əmanətlər və analara davamlı xidmət göstərilir.
Bununla əlaqədar”Cığır” iclas təşkil edərək, “Əfsanə Cığırı!” adlı anım tədbirinin təşkilinə qərar verdi.
İnsanlıq, xeyir və gözəllik adına şahid olmaq istəyən hər kəs tədbirimizə dəvətlidir.

Tədbir: “Əfsanə Cığırı!”
Tarix:  27 yanvar 2019.
Saat:  15:00.       Ünvan:  Altes Plaza, 20-ci mərtəbə.

 

Leave a Reply