Xəbər verdiyimiz kimi 15 va 30 dekabr, 2024-cü il tarixlərində Gülnurə Hüseynlinin ailəsinin təșəbbüsü, “Gülnurə” Xeyriyyə Klubunun dəstəyi və “Cığır” İctimai Birliyinin təşkilatçılığı ilə “Salam yurdu” TTM-də mərhum Gülnurə Hüseynlinin əziz xatirəsinə həsr olunan sınaq imtahanları keçirildi. İmtahan “Elm ümmandır” TTP çərçivəsində ali məktəblərə hazırlaşan ata himayəsindən məhrum abituriyentlər üçün təșkil olunmuşdu. Yanvarın 5-də imtahanda yüksək nəticə qazanmış ilk üç yerin qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Gülnurə Hüseynlinin ailəsinin də iştirak etdiyi tədbirdə mərhumun həyat hekayəsi və onun adının əbədiləşdirilməsi məqsədilə yaradılmış “Gülnurə” Xeyriyyə Klubu barədə məlumat verildi. Xeyriyyə təșəbbüsünü irəli sürən Gülnurə Hüseynlinin ailəsinə, “Gülnurə” Xeyriyyə Klubuna Birliyimiz tərəfindən minnətdarlıq ifadə olundu və təşəkkürnamə təqdim edildi. Həmçinin, sınaq imtahanında yüksək nəticə göstərən abituriyentlər- 1-ci yerin qalibi – Gövhar Hasanova (252.93 bal): 2-ci yerin qalibi – Ülvi israfilov (246.8 bal); 3-cü yerin qalibi – Səma Aslanova (242.96 bal) mükafatlandırıldı. Qeyd edək ki, bu gün Gülnurə xanımın doğum günüdür. Öz qısa ömrünü xeyir işlərə sərf edən, dünyasını dəyişsə də xeyriyyəçi missiyası dəyişməyən, yaxşılığı ilə qəlblərdə daim yaşayan Gülnurə xanımın yeri cənnət, ruhu şad olsun!